Mirşahin: “Təmiz qolu kirli əl batırdı”

75440_res_01

ANS-in vitse-prezidenti Mirşahin Ağayev Avroliqanın qrup mərhələsində keçirilmiş “Qarabağ”-“İnter” (Milan) oyununda çex hakimin Ağdam klubunun vurduğu təmiz qolu hesaba almamasını şərh edib. Onun fikirlərini təqdim edirik:

*  *  *

Əvvəlcə onu deyim ki, Qurban Qurbanova və onun uşaqlarına təşəkkürümüzü bildirməliyik. Və təkcə milli topumuzu ayaqlar altında tapdalanmaqdan qurtardığına görə yox. Qurban və onun komandası doğrudan da hər şeyi etdi. Amma sonda beynəlxalq ədalət işləri korladı. Təmiz qol vurduq və kirli hakim onu batırdı.

Əlbəttə, burada mübahisə etmək də, “İnter”li oyunçunun topa toxunaraq onu qapıya yönəltdiyi və bununla da qolun sayılmalı olduğu barədə etirafını qəribçiliyə salmaq da olar. Amma paralel oyunda “Sent-Etyen”in “Dnep”rə vurduğu və heç-heçə vəziyyəti yaratdığı təmiz qolu da hakimlər saymayıb.

Bu oyun heç-heçə bitsəydi, “Qarabağ” bütün hallarda irəliləyəcəkdi. Hətta Bakıdakı ədalətsiz heç-heçə təqdirində belə. İndi kim məni inandıra bilər ki, hər iki təmiz qol məhz “Qarabağ”ın pley-offa çıxmaması üçün hesaba alınmayıb… Qarabağ doğrudan oyunların Qurbanıdır.

Həmişə belədir. Bizim təmiz qolumuzu hansısa kirli əl mütləq batırır… Və sonra da bu əllər gedir BMT-də qətnamə-filan yazmağa…

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR