Neft Şirkətində daha bir faciə: ölən var

img1528994
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) işçisi bədbəxt hadisə nəticəsində ölüb.
Lent.az-ın məlumatına görə, hadisə şirkətin tabeliyində olan “Neftqazçıxarma” trestinin 4 saylı tikinti-quraşdırma idarəsində baş verib. Həmin idarədə elektrik vəzifəsində çalışan. 1951-ci il təvəllüdlü Bəhramov Simran Qarakişi oğlu estakadadan dənizə yıxılıb. O, boğularaq ölüb.
Faktla bağlı araşdırmalar aparılır.
Qeyd edək ki, son vaxtlarda Neft Şirkətinin tikinti quraşdırma idarələrində ölümlə nəticələnən bədbəxt hadisələrin sayı artıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR