“Qarabağ” – “İnter” qarşılaşmasının nəticəsi dəyişməyəcək – FOTO

e626fc82b446598dbad1c31f74707efd

Azərbaycanın “Qarabağ” və İtaliyanın “İnter” futbol klubları arasında dekabrın 11-də Bakıda keçirilən və hakimin qalmaqallı qərarı ilə başa çatmış matçın taleyinə aydınlıq gəlib.

Oxu.Az xəbər verir ki, bu gün UEFA Avropa Liqasının rəsmi Facebook səhifəsində Fransanın Nyon şəhərində baş tutacaq püşkatma mərasimində iştirak edəcək komandaların siyahısı təqdim olunub.

Həmin fotoşəkildən göründüyü kimi, artıq Ukraynanın “Dnepr” klubu pley-off mərhələsinin namizədləri arasındadır və beləliklə də, məlum olur ki, UEFA çexiyalı hakimin qəbul etdiyi qərarı dəyişməyib, “Qarabağ” Avroliqadan kənarda qalıb.

1549270_10204515470318773_3796933457180944808_n

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR