“Arsenal” məğlub oldu

4ab517a333f84a4164a301371b0c6cbe_largeBu gün Çempionlar Liqasında 1/8 final mərhələsi çərçivəsində daha iki qarşılaşma keçirilib.

Publika.az-ın məlumatına görə, İngiltərədə “Arsenal” “Monako”nu qəbul edib. London təmsilçisi bu oyunun favoriti hesab olunsa da, rəqibinə 1:3 hesabı ilə uduzub.

Digər oyun Almaniyada baş tutub. Burada “Bayer” (Leverkuzen) klubu Madrid “Atletiko”sunu sınağa çəkib. Matçın taleyini bir qol həll edib. Hakan Çalhanoğlunun vurduğu qol “Bayer”ə 1:0 hesablı qələbə qazandırıb – 1:0.

25 fevral

Çempionlar Liqası, 1/8 finalın ilk oyunları

23:45. “Arsenal” (İngiltərə) – “Monako” (Fransa) – 1:3
Qollar: Kondoqbia, 38 (0:1), Berbatov, 53 (0:2), Çemberleyn, 90+1 (1:2), Fereyra, +04 (1:3)

23:45. “Bayer” (Leverkuzen, Almaniya) – “Atletiko” (Madrid, İspaniya) – 1:0
Qol: Çalhanoğlu, 57 (1:0)
Qırmızı vərəqə: Tiaqo, 77 (“Atletiko”)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR