Bərdədə təşviş yaşandı (FOTO)

84033Yüksəkgərginlikli naqilin evlərin üstünə düşməsi qorxu yaradıb

Bərdə rayon Koroğlu küçəsinin sakinləri gecə qorxulu anlar yaşayıb.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, yüksək gərginlikli elektirk xətti qırıaraq yaxınlıqdakı evlərin və mağazaların üzərinə düşüb. Axşam saatlarında havanın yağmurlu olması səbəbindən Bərdənin Koroğlu küçəsində fərdi yaşayış evlərinin yaxınlığından keçən 10 kilovoltluq elektirk xəttində qısaqapanma baş verib. Bir neçə dəfə xəttə baş verən partlayışdan sonra naqil qırılaraq evlərin üzərinə düşüb. Sakinlər deyir ki. xəttə gərginlik olub olmadığını bilmədikərindən bəzi qonşular evdən bayıra çıxmağa qorxur. Oxşar hadisə ərazidə əvvəllər də baş verib. Lazımi qurumlara müraciyyət etsələr də bu günə qədər məsələ öz həllini tapmayıb.

Məsələ ilə əlaqədar əlaqə saxladığımız Bərdə elektirk şəbəkəsindən bildirdilər ki, hava şəraiti pis olduğundan 10 kilovoltluq izoliyator zədələnib və naqil dayaqdan açılaraq ikinci xəttin üzərinə düşüb. Gecə saatlarında qəza elektrik şəbəkənin əməkdaşları tərəfindən aradan qaldırılıb, artıq xətt işlək vəziyyətdədir. Yüksək gərginlikli elektirk xəttinin yerinin dəyişdirilməsinə gəlincə isə Bərdə elektirk şəbəkəsindəndən bildirdilər ki, sözügedən dirək ərazidə yaşayış evləri tikilməmişdən əvvəl qoyulub. Buna baxmayaraq yaxın günlərdə naqillərin yeri dəyişdirilərək yaşayış sahəsindən uzaqlaşdırılacaq

dbfe39b55370 8213d9481656 84033

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR