Bakıda oğul atasını bıçaqladı- (Fotolar)

84731_res_01Bakının mərkəzində oğul atasını bıçaqlayıb.

APA-nın məlumatına görə, paytaxt sakini Sadıxov Elman Ağaverdi oğlu çoxsaylı bıçaq xəsarətləri ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib. Bədənin müxtəlif nahiyələrində kəsilmiş-deşilmiş yara alan Elman Sadıxov dərhal əməliyyata götürülüb. Məlum olub ki, 57 yaşlı kişi yaşadığı 20 sahə, Yurbəy Mürsəlov küçəsindəki evində bıçaqlanıb. Elman Sadıxovun qanını isə onun doğma oğlu Kamil axıdıb.

Polislər tərəfindən saxlanılan Kamil Sadıxovun ruhi-əsəb xəstəlikləri dispanserində qeydiyyata alındığı məlum olub.

84735_src 84732_src - копия 84732_src 84733_src 84734_src

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR