Bakıda qadın sevgilisindən polisə şikayət etdi

84341_res_01Dünən paytaxyın Nərimanov rayonu ərazisində yaşayan qadın sevgilisindən polisə şikayət edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, fevralın 22-də Təbriz küçəsində yaşayan 1984-cü il təvəllüdlü Sərab Cəfərova ərizə ilə Nərimanov Rayon Polis İdarəsinin 18-ci bölməsinə şikayət edib.

S.Cəfərova bildirib ki, fevralın 21-də saat 21 radələrində onunla qeyri-rəsmi yaşayan Ağdam rayon sakini, 1985-ci il təvəllüdlü Alim Qasımov ona məxsus mobil telefonu və bacısı, 1973-cü il təvəllüdlü Sonaya məxsus 1000 manatı oğurlayıb.

Bölmə əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində A.Qasımov saxlanılıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR