Bu günün havası

boise-fire-smoke-in-the-airÖlkə ərazisində yağmursuz hava olsa da, şaxta olacaq, yollar buz bağlayacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qafqaznews.az-a verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək. Gecə və səhər yollar buz bağlayacaq. Havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında da bu gün hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Yollar buz bağlayacaq. Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 6-11, yüksək dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR