Bu ölkə xəyanətə icazə verdi

84673“Dövlət vətəndaşların işinə qarışa bilməz”

Bu ölkədə xəyanətə icazə verildi. ANS PRESS-in məlumatına görə, Cənubi Koreyanın ali məhkəməsi 1953-cü ildə həyat yoldaşına xəyanətə görə cinayət məsuliyyətini ləğv edib.

Hakim bu qərarı onunla əsaslandırıb ki, dövlət vətəndaşların şəxsi işinə qarışa bilməz. 2008-ci ildən ölkədə xəyanətə görə, 5,5 min insan saxlanılıb. Bu əmələ görə, saxlanılanlar iki il azadlıqdan məhrum edilirdi.

9 nəfrədən ibarət məhkəmə komissiyası bunun konsitutsiyaya zidd olması barədə qərarın ləğvi üçün iclas keçirib. Onlardan 7-i qərarın ləğvinin lehinə səs verib.

Yarım əsrdən çox yaşı olan qanun o zaman ailə ənənələrini, o cümlədən sosial statuslarına görə, kişilərdən aşağıda olan qadınları qorumaq məqsədilə verilmişdi. Nəticədə Cənubi Koreya xəyanətə görə cəza verilən demək olar ki, ilk qeyri-müsəlman ölkə olub.

Qeyd edək ki, bu qərarın ləğvi üçün 5-ci cəhd olub. Son zamanlar bu əmələ görə həbs edilənlərin sayında azalma müşahidə edilirdi. Əgər 2004-cü ildə 216 nəfər xəyanətə görə həbs edilmişdisə, 2008-ci ildən bu rəqəm 42 olub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR