ÇL: Bu gün 1/8 final mərhələsinin növbəti matçları keçiriləcək

84432_res_01Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti matçları keçiriləcək.

Apasport.az xəbər verir ki, ötən həftə start götürən 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində 2 qarşılaşma baş tutacaq.

Bugünkü görüşlərdə “Böyük beşlik” çempionatlarının təmsilçiləri meydana çıxacaqlar. Günün daha maraqlı qarşılaşması Mançesterdə baş tutacaq. Ötən mövsüm olduğu kimi yenə 1/8 finalda “Mançester Siti” ilə “Barselona” üz-üzə gələcək. İspaniyalılar həmin vaxt əldə etdikləri uğuru təkrarlamağa çalışacaqlar. İngiltərə təmsilçisi isə hər iki matçda uduzmasının (0:2, 1:2) qisasını almalıdır.

İtaliyada üz-üzə gələcək “Yuventus”la “Borussiya” isə 8-ci dəfə qarşılaşacaqlar. Əvvəlki 7 qarşılaşmada 4 dəfə İtaliya təmsilçisi, 2 dəfə Bundesliqa klubu qalib gəlib. 1 dəfə bərabərliklə kifayətlənən komandaların son iki görüşündə “Borussiya” qələbə qazanıb. 18 il əvvələ təsadüf edən son matçdakı qələbə isə Çempionlar Liqasının finalında qeydə alınmışdı. Turinlilər həlledici görüşdəki məğlubiyyətin (1:3) qisasını almaq əzmindədirlər. Almaniyalılar isə çempionatdakı uğursuzluqlarını sığortalamağa çalışacaqlar.

Çempionlar Liqası

1/8 final, ilk oyunlar

24 fevral

23:45. “Mançester Siti” (İngiltərə) – “Barselona” (İspaniya)

23:45. “Yuventus” (İtaliya) – “Borussiya” (D. Almaniya)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR