Ebru Gündeş Sərdar Ortacı bağışlamayacaq

38896Ortacın barışmaq üçün vurduğu zənglər, evinə gül-çiçək yollaması nəticəsiz qalıb

Türkiyənin tanınmış müğənnisi Sərdar Ortacın bütün barışmaq cəhdlərinə baxmayaraq Ebru Gündəş onu bağışlamır.

ANS PRESS-in məlumatına görə, həyat yoldaşı Rza Zerrab həbsdə olduğu zaman Sərdar Ortacın dəstək verməməsi Ebru Gündəşi küsdürüb.

Ortacın barışmaq üçün vurduğu zənglər, vasitəçilərdən istifadə etməsi, evinə gül-çiçək yollaması nəticəsiz qalıb.

Sərdar Ortac isə baş verənlərə görə özünü günahkar bilir:

“Ebru haqlıdır. Çətin günlərində onları axtarıb-soruşmadım. Baş verənlərdən təşvişə düşdüm və qorxdum”.
Ebru Gündəşin həyat yoldaşı Rza Zerrab 2013-cü il dekabrın 17-də həbs olunmuş, 2014-cü il fevralın 28-nə qədər həbsdə qalmışdı.

Xatırladaq ki, Ebru Gündəşlə Sərdar Ortac bir vaxtlar bütün şou-biznesi qısqandıracaq qədər möhkəm dost olublar.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR