Elman Rüstəmov banklara xəbərdarlıq etdi

.pagespeed.ic_.TNmkGWKna-.jpg”>.pagespeed.ic_.TNmkGWKna–300×187.jpg” alt=”610x380xelman.jpg.pagespeed.ic.TNmkGWKna-” width=”300″ height=”187″ />Azərbaycanda bütövlükdə qlobal səviyyədə gedən proseslərə reaksiya vermək üçün məzənnə siyasətinə dəyişiklik edilməli idi.

Bunu Mərkəzi Bankın İdarə Heyətini sədri Elman Rüstəmov AzTV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, bu gün davamlı şəkildə avro dollara qarşı ucuzlaşır.

“Manatın məzənnəsi sərt şəkildə dollara bağlandığına görə, bu ötürücülük manata da təsir edir. Çox maraqlıdır ki, bu gün manatın məzənnəsi bizim əsas ticarət tərəfdaşlarımıza qarşı üzən rejimdədir. Çünki biz dollara bağlıyıq, dollar isə digər məzənnələrə qarşı sərbəst rejimdədir.Avrozona  bizim əsas tərəfdaşlarımızdan biridir. Və biz iqtisadi perspektivlərimizi düşünürük. Belə şəraitdə manatın dollardan tam asılılığını aradan qaldırmaq üçün, biz avronu səbətdə bərpa etdik”, – deyə Elman Rüstəmov bildirib.

Baş bankir banklara tapşırıq verildiyini də bildirdi: “Banklara tapşırmışıq ki, əhalinin əmanətlərinin manatdan dollara keçirmək istəyinə mane olmasınlar, təki depozitlər banklarda qalsın”.

Ölkə.Az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR