Elnar Əsgərovun “cangüdəninin” “elçi”liyi

213 copyBir müddət  əvvəl  Qafqaznews.az   saytında  “Dəmir Yolları QSC Koroğlu Rəhimov küçəsi, 22 c ünvana köçüb?” başlıqlı məqalə dərc olunmuşdu.

Qısa xatırlatma üçün bildirək ki, Qafqaz Xəbər Agentliyinin təsisçisi Mahmud Rasimoğlu qeyd olunan ünvanda yerləşən  N 1 supermarketin qabağında öz  avtomobilindən düşüb içəri daxil olmaq istəyərkən…bir  nəfər  ona  yaxınlaşaraq bildirib ki, bura  rəisin yeridir, burda avtomobili saxlamaq  olmaz.

Rasimoğlu təəccüblə soruşub ki, bura Nərimanov Polis İdarəsinin qabağı deyil ki, mən burda  parkovka etməyim. Həmin şəxs isə cavabında  bildirib ki, bura polis idarəsindən də  mühüm yerdir.

Həmin şəxsin  bir az əvvəl  N1 supermarketinin  yaxınlığında yerləşən “Smit Hotel”dən çıxdığını görən təsisçi  məəttəl qalıb ki, görəsən bu hotel  həqiqətənmi  böyük bir rayonun  polis idarəsindən mühüm yerdirmi?

Bura hansı rəisin yeridir?

Bu suallara cavab tapmaq üçün Mahmud  Rasimoğlu həmin şəxsə müraciət edib.

Həmin şəxs isə bildirib ki, soruşduğunuz  “rəis”  Dəmir Yolları QSC-in sədri Arif Əsgərovun oğlu Elnar Əsgərovdur  və bu  bina  Dəmir  Yolları  QSC-nin binasıdır. Təsisçi isə düşünüb ki, yəqin Dəmir Yolları  QSC-ni  Koroğlu Rəhimov küçəsi 22 c- yə köçürüblər…

Bu olaydan az müddət sonra  bu gün  redaksiyamıza özünü Arif  Əsgərovun oğlu  Elnar Əsgərovun  cangüdəni kimi təqdim edən şəxslə  bağlı  maraqlı və utanc  gətirən məlumat daxil olub. Məlumatdan aydın olur ki, bu şəxs öz işindən başqa özünə heç kimin ağlına gəlməyən bir peşə də tapıb. Dəqiq bilmirik, bu şəxs doğurdanmı Elnar Əsgərovun cangüdənidir. Əgər bu insanın dedikləri həqiqətdirsə bizim üçün çox maraqlıdır, bu peşəni Elnar Əsgərov ona özü həvalə edib, yoxsa “cangüdən” öz  “müdir”inə ruslar demişkən “ayı xidməti” göstərir.20150209_081754_resized_1-300x169

Hər halda məlum olan odur ki, cangüdən N 1 marketindən alış-veriş edib çıxan gözəgəlimli xanımlara  öz telefon nömrəsini yazıb verərək  özünü  Elnar Əsgərovun “cangüdəni” kimi təqdim edir.

Hadisə yerində  olan və daxil olan məlumatı dəqiqləşdirmək üçün  müşahidə aparan əməkdaşımız  maraqlı insidentlə rastlaşıb.

Beləki  Elnar Əsgərovun “cangüdəni” marketdən alış-veriş edib çıxan bir xanımın avtomobilinin qabaq şüşəsinə öz mobil telefonunun nömrəsini yazıb qoyub.

Avtomobilinə yaxınlaşan xanım  şüşədəki  yazını görərək bərk əsəbləşib, hətta “cangüdənə” deyib ki….

…mənim bir həyat yoldaşım var ki, sən və  rəisin onun qılçı boydasınız, bu dəqiqə  çağıraram gəlib səni də, sənin rəisini də …. edər.

Bütün  bu baş verənləri düşünəndə adam bir qənaətə gəlir. Ölkə mətbuatı Arif Əsgərovun və yaxın çevrəsinin rüşvət və korrupsiya əməllərindən yazdı, digər neqativ hərəkətlərinə işıq saldı. Amma heç kimin ağlına gəlməzdi ki, bu boyda vəzifə sahibinin  oğlu və onun “cangüdəni”  günün günorta çağı avtomobillərin şüşəsinə öz mobil telefonlarının nömrəsini yapışdırsın. Doğrudanmı, məmur övladı  belə bir maniyaya düçar olub?

İstənilən halda  iri məmurlar  öz övladlarını cəmiyyət arasına buraxanda ciddi düşünsə, pis olmaz…

Araz Məmmədov

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

 

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR