“Google” hakerlərlə əməkdaşlığa başlayır

google_sorgu_300“Google” şirkəti “Android” əlavələrdə boşluqların aşkar edilməsi məqsədi ilə hakerlərə  3 min dollaradək ödəyəcək.

Azadinform “ICTnews”a istinadən xəbər verir ki, son 5 ildə korporasiya artıq “Chrome”da və digər “Google” proqram təminatlarında boşluqların aşkar edilməsinə görə hakerlərə 5 milyon dollaradək vəsait ödəyib.
İndi internet nəhəngi  “Google Play”in əlavələrində tapılan boşluqlara görə pul verəcək.
Bu prosesdə yalnız boşluq aşkar etmək təcrübəsinə malik olması təsdiqlənən hakerlər iştirak edə biləcəklər. Qonorar avans şəklində veriləcək, səhvin mütləq aşkar edilməsi tələb olunmadan.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR