Hakan Şükür də şantaj olunubmuş

.pagespeed.ic_.9-XFGy7yst1.jpg”>.pagespeed.ic_.9-XFGy7yst1-300×187.jpg” alt=”610x380x,PD0,P91,PD0,PB5,PD0,PB7,P20,PD0,PB8,PD0,PBC,PD0,PB5,PD0,PBD,PD0,PB8,P20,P281,P29.jpg.pagespeed.ic.9-XFGy7yst” width=”300″ height=”187″ />Türkiyənin futbol üzrə yığmasının və “Qalatasaray”ın keçmiş oyunçusu Hakan Şükürün millət vəkili seçildiyi AKP (hakim Ədalət və İn kişaf Partiyası) sıralarından çıxmasının səbəbləri məlum olub.

Sabiq milli futbolçunun şantaj olunduğu güman olunur.

Bir neçə gün əvvəl tvitter sosial şəbəkəsində “Fuat Avni” niki ilə Türkiyədə polisin keçirəcəyi əməliyyatları əvvəlcədən xəbər verən şəxsin kimliyi aşkara çıxıb. Həmçinin “Fuat Avni”nin millət vəkilləri, siyasətçilər, polis məmurları və s. nüfuzlu şəxslərlə yazışmaları da aşkarlanıb.

Mətbuatın əlinə keçən növbəti yazışmanın mətnində isə 2013-cü il 17 dekabr əməliyyatlarından sonra AKP sıralarından istefa verən Hakan Şükrün də adı keçir:

DUSTLASTT: Bir də Kamal (CHP sədri Kamal Kılıçdaroğlu) bəydə, Haluk Koç (CHP millət vəkili) bizi satar qorxusu var.

FUATAVNİ: Yox yox, onun bizdə seks kaseti var. Satarsa nə baş verəcəyini bilir.

DUSTLASTT: Qardaş (abi), bir də bu Hakan Şükür, satmazdı AKP-ni.

FUATAVNİ: Onun barəsində də əlimizdə sənədlər var, heç bir sıxıntı yoxdur. Satan cəzasını alar.

DUSTLASTT: Düzdür qardaş (abi) mən çıxıram mesajları sil görüşərik.

Bu yazışmalara görə, Hakan Şükürün də təzyiqə məruz qalaraq AKP-dən istefa verdiyi güman olunur.

Qeyd edək ki, Fuat Avninin jurnalist Emre Uslu olduğu bildirilir. Emre Uslu “Fuat Avni” niki ilə tvitter mikrobloqunun özəl mesaj xidməti ilə yazışdığı polis nəfərlərindən əldə etdiyi məlumatların qarşılığında onlara Pensilvaniyanın (Fətullah Gülən) adından yüksək məbləğdə pul, vəzifə və rütbələr vəd edir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR