İsgəndər Xəlilovun şirkətinə dələduzluq ittihamı

1424698863Bakıda “Svit Haus” MMC-nin inşa etdiyi binanın tikintisi dayandırılıb.   Axar.az xəbər verir ki, tikinti firması 200 nəfərə yaxın vətəndaşı aldadıb. Şəhərin Nərimanov rayonu, Təbriz küçəsində yerləşən göydələnin inşası yarımçıq qalsa da, mənzilləri satışa çıxarılıb.   Şirkətdən mənzil alan Məmməd Ələkbərov Yasamal Məhkəməsinə müraciət edib. Onun ardınca daha iki payçı – Səadət Əliyeva və Emil Yusubov da məhkəmə çəkişməsinə başlayıb.    Qaynar.info yazır ki, şirkət “Bakı Toxucu Tikiş” ASC-nin sədri Cavanşir Xəlilova aiddir. C.Xəlilov məşhur milyarder İsgəndər Xəlilovun qardaşıdır. Məlum olub ki, “Svit Haus” MMC tikinti aparmaq üçün dövlət qurumlarından razılıq almayıb. İddiaçılara qeyri-rəsmi şəkildə deyilib ki, şirkətin əsas sahibi sayılan İsgəndər Xəlilov Bakıya gəldikdən sonra pullar qaytarılacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR