Jirinovskidən növbəti fantastik təklif (VİDEO)

62968Kiyevi yandırmaq lazımdır!

Rusiyada Liberal Demokratiya Partiyasının lideri Vladimir Jirinovski növbəti dəfə dinc durmayan dilinin əlində qalıb.

ANS PRESS-in məlumatına görə, Rusiyanın NTV kanalında məşhur “Spisok Norkina” verilişinə qatılan Jirinovski Minsk danışıqlarının nəticələrinin müzakirəsi zamanı aparıcının tələsinə düşür.

Aparıcı Jirinovskinin tez coşduğunu bilərərk dalbadal ona suallar verir. Bu zaman Rusiya xalqının kasıblığından danışmağa başlayan Jirinovski, Kiyevin yandırılması lazım olması fikrinə qədər gedir. “Kiyevi məhv edəcəyik, yandıracağıq Kiyevi” – deyərək Jirinovski özündən çıxır.

Bundan sonra “Nə deyirsiz tankları Kiyevə yönəldək?” sualına isə “Tanklar yox, uzaqdan hücumla. Donetskdən Kiyevi yandıraq. Çünki bu ruslara qarşı müharibədir”- deyərək cavab verir.

Bu zaman aparıcının “Vladimir Volvofiç Kiyevin yarısı rusdur, onları da məhv edək?”-sualında isə səhvini başa düşən Jirinovski dediyi sözü inkar edir. “Yox mən dəqiq hücumlarla, yalnız dövlət binalarına nişanlanmış raketlərlə məhvdən danışıram”- deyərək sözündən qaçır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR