Kompüter oyunları yaddaşı gücləndirmir

img17481153Kompüter oyunlarının insan beyninə müsbət təsir etməsi ilə bağlı iddia öz təsdiqini tapmayıb. Berlin və Stanford alimləri kompüter oyunları hazırlayan firmaların reklamlarında tez-tez istifadə etdikləri və müştərilərə təsir edən “mütəxəssislər tərəfindən hazırlanıb” cümləsinin həqiqəti əks etdirmədiyini dəqiqləşdiriblər. Müxtəlif ölkələrdən 70-dən artıq nevropotoloq və psixoloq aydınlaşdırıb ki, beyin gimnastikasını təmin edən kompüter oyunları yaşlılıqla bağlı zehni qabiliyyət faizini aşağı salmır, amma heç yuxarı da qaldırmır. Oyunlar insan yaddaşını əsla gücləndirmir. Max Planck İnstitutundan Ulman Lindenberger fiziki olaraq aktiv olan, sosial həyata qatılan və zehni olaraq da oyaq qalan insanların zehni baxımdan daha sağlam yaşlanma şansının olduğunu deyir. Beyin və davranışların irəliləyən yaşlarda idmana, gimnastikaya bağlılığın mümkünlüyü də elmi araşdırmaların nəticələri sırasındadır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR