Luis Suares: “Onlar mənim rahat yaşamağımı istəmirlər”

34356“Barselona”nın hücumçusu Luis Suares “Mançester Siti” ilə Çempionlar Liqasının 1/8 final matçında rəqibin müdafiəçisi Martin Demişelisi dişləmək istəmədiyini deyib.
Həmin epizodda bu barədə düşünmədiyini deyən uruqvaylı forvard İngiltərə mətbuatını tənqid edib.
Suaresin fikrincə, ingilislər bu iddianı qəsdən ortaya atıblar: “Başa düşə bilmirəm ki, ingilislər niyə belə hərəkət edirlər. Axı Demişelisin qolunu dişləməyi o anda ağlımdan belə keçirməmişəm. Onlar mənim rahat yaşamağımı istəmirlər. Bəlkə də, onların yığmasına dünya çempionatında qollar vurduğum üçün məndən acıqlıdılar. Amma unudurlar ki, İngiltərədə də futbol oynamışam. Hər dəfə məni müalicə etməyə çalışmasınlar”.
Qeyd edək ki, Luis Suares sonuncu dəfə DÇ-2014-də İtaliya ilə matçda rəqibin müdafiəçisi Corcio Kyellininin qolunu dişlədiyi üçün 4 aylıq diskvalifikasiya olunmuşdu. (apasport.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR