Ən çox bal toplayan tələbə budur (FOTO)

84502İsmayıl Nəcəfquluzadə 100 mümkün baldan 96 bal toplayıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən keçirilən müxtəlif məzmunlu imtahanlarda yüksək nəticə göstərən gəncləri ictimaiyyətə təqdim edir.

ANS PRESS-in TQDK-ya istinadla verdiyi məlumata görə, növbəti bilik yarışının öncülü bu il magistraturaya qəbul imtahanının I mərhələsində ən yüksək nəticə göstərmiş bakalavr -Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunu Nəcəfquluzadə İsmayıldır.

Qeyd edək ki, İsmayıl qeyd olunan imtahanda 100 mümkün baldan 96 bal toplayıb.

Xatırladaq ki, Nəcəfquluzadə İsmayıl 2011-ci ildə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanında 672 bal toplayaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər ixtisasına qəbul olub.

a4e45db94bc1

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR