Nazarbayevin kürəkəni türmədə özünü asdı

nazzz1Qazaxıstanın Avstriyadakı keçmiş səfiri Rahat Əliyev Vyana həbsxanasında vəfat edib

Virtualaz.org saytı Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, R.Əliyevin ölümünə səbəb intihardır.
Avstriyanın “Kurier” nəşrinin məlumatına görə, R.Əliyev öz kamerasında asılmış vəziyyətdə tapılıb. Bu faktı Vyana Məhkəməsindən də  təsdiq edilib. R.Əliyevin vəkili onun intiharının inandırıcı olmadığını deyib.
Xəbərdə o da bildirilir ki, R.Əliyevi bu günlərdə təkadamlıq kameraya köçürülübmüş. İnsidentdən bir gün qabaq vəkili R.Əliyevlə görüşüb və onunla cinayət işinə dair bir sıra məsələləri müzakirə edibmiş.
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin böyük qızı Dariqa Nazarbayeva ilə evli olmuş Rahat Əliyev 2007-ci ilə qədər Qazaxıstanın Avstriyadakı səfiri olub. O, 2008-ci ildə öz ölkəsində ağır cinayətlər törətməkdə, vətənə xəyanətdə və dövlət çevrilişinə hazırlıqda ittiham edilərək üst-üstə 40 il həbs cəzasına məhkum olunmuşdu. Bu məhkəmə hökmləri qiyabi şəkildə çıxarılmışdı. Çünki R.Əliyev 2007-ci ildən bəri xaricdə gizlənirdi.
Avstriyanın hüquq-mühafizə orqanları R.Əliyevi 2014-cü il, iyunun 5-də Vyanada həbs edib. Qazaxıstan Baş Prokurorluğu o zaman bəyan etmişdi ki, R.Əliyev “Nurbank”ın top-menecerləri Timralıyev və Xasenovun oğurlanması və qətli üzrə aparılan istintaq araşdırmalarının nəticələri əsasında həbs olunub.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR