“Oskar”ın yayımında reklam – Qiyməti

1424640528Bu il mükafatlandırma mərasimində “Disney” şirkəti 100 milyon dollardan çox pul qazanacaq.   Axar.az xəbər verir ki, “Disney” kinostudiyasına məxsus ABC telekanalının efirində Kino Sənəti Akademiyası (“Oskar”) mükafatının təqdimat mərasiminin yayımı zamanı reklamın 30 saniyəsinin qiyməti 1,95 milyon dollar olacaq. Və kanal reklam işindən ümumilikdə 100 milyon dollar götürməyi planlaşdırır.   Mərasim zamanı verilən reklamın qiyməti 2009-cu ildən durmadan artır və əsas reklam verənlərin – “Hunday” avtokonserni və “Samsunq” smartfonları istehsalçıları – payına bütün reklam xərclərinin tam yarısı düşür.   Qeyd edək ki, ABC 2020-ci ilədək mərasimin yayım hüququna malikdir. “Oskar”ın təqdimat mərasimi isə ABŞ-da ilin ekran qarşısına ən böyük auditoriya toplayan əsas tele-hadisəsidir. 20-dən artıq nominasiyada tunc heykəlciklərin sahiblərini öyrənməklə yanaşı, amerikalılar məşhur “qırmızı yol”dan keçən ulduzların libaslarını da diqqətlə izləyir və mərasim zamanı keçirilən şounu da səbirsizliklər gözləyirlər.   Bu il isə həmin şounu “Mən sizin ananıza necə rast gəldim” serialından məşhur olan aktyor Nil Patrik Harris aparacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR