Özgecan haqqındakı tvit insanları özündən çıxardı – VİDEO + FOTO

33866Zorlamaya haqq qazandıran müğənni verilişdən qovuldu. 20 yaşlı tələbə Özgecan Aslana qarşı olan təcavüz cəhdi və onun öldürülməsi Türkiyənin gündəmini zəbt edib.
Cinayətlə bağlı müzakirələrə sadə insanlarla yanaşı ölkənin çox tanınmış simaları da qoşulub. Hamı cinayəti, qadına şiddəti lənətlədiyi bir zamanda müğənni Nihat Doğanın yazdıqları başına bəla olub.
O, sosial şəbəkədəki səhifəsində belə yazıb: “Siz də mini ətək geyinib, soyunub əxlaqsız manyaklar tərəfindən tacizə uğrasanız bas-bas bağırmayacaqsınız”. N.Doğan qarşılaşdığı sərt reaksiuyalardan sonra tvitini silməyə məcbur olub.
Türkiyənin ən tanınmış prodüsserlərindən olan Acun Ilıcalı da ona qarşı reaksiyasını sərt şəkildə bildirib. Belə ki, o ifaçını müəllifi olduğu məşhur “Survivor”un iştirakçıları sırasından çıxarıb.
33865
Xatırladaq ki, Ö.Aslan rəfiqəsi ilə alış-verişdən sonra evə qayıtmaq üçün avtobusa minib. Rəfiqəsi evlərinin yaxınlığında düşdükdən sonra o ictimai nəqliyyatda tək qalıb. Sürücü isə avtobusu kimsəsiz bir yerə sürərək qıza təcavüz etməyə çalışıb. Bu zaman onlar arasında dava düşüb. 20 yaşlı tələbə sürücünün üzünə bibər qazı töküb. Bundan hiddətlənən şəxs onu bıçaq və dəmir parçası ilə öldürüb. Cinayətin izini saxlamamaq üçün isə qızın əllərini biləkdən kəsərək cəsədinə od vurub. (anspress)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR