Özünü peyğəmbər elan edib azyaşlı qızlarla evləndi və … (VİDEO)

83780 (1)Sonuncu peyşəmbər Həzrəti Məhəmməd (s.ə.s) böyük Dəccaldan qabaq 30 kiçik Dəccalın peyda olub özünü peyğəmbər elan edəcəyini demişdi. Onlardan sonra doğulacaq əsl Dəccal isə özünü allah elan edəcəyini demişdi. Tacikistanda özünü peyğəmbər elan edən Şeyx Temur çox güman ki, balaca dəccallardan biridir.

ANS PRESS-in məlumatına görə, Tacikistanda özünü peyğəmbər elan edən Şeyx Temur balaca qızları özünə arvad edən şeyx tutulub. Hüquq-mühafizə orqanları Şeyx Temur barəsində dələduzluq maddəsilə cinayət işi qaldırıb. Lakin ona hələlik ev həbsi verilib.

Ölkənin Hisar rayonunda yaşayan bu qondarma şeyx özünü peyğəmbər elan edərək camaatı inandırmağı bacarıb. Onun peyğəmbərliyinə inanan cahillər elə onunla peyğəmbər kimi davranıblar.

Şeyx Temur camaat üçün hansı möcüzələri etdiyini deyə bilmərik, amma olduqca fərasətli biri olduğunu inkar etmək olmaz. Onun əməllərindən bəhs edən sujeti izlədikdə insan gözlərinə inanmırsan. Yerli əhali onun əlini öpmək üçün sıraya düzülüb, bu xöşbəxtlik kimə nəsib olmurdusa onun avtomobilini öpməklə özünə təsəlli verib. Onun yanından ayrılanlar isə arxasını çevirməyə belə cürət etməyib, məkanı dal-dalı tərk ediblər. Eynilə müqəddəs ziyarətgahlardan çıxarkən ziyarətçilərin etdiyi kimi.
Şeyx Temur belə bir şan-şöhrətindən istifadə edib, istədiyi qızı özünə arvad edib. Xarici görünüşünə baxsaq təxminən 60 yaşlarında olan bu fırıldaqçı ona qız verməyənləri lənətləyəcəyi ilə hədələyirmiş. Yerli əhali “peyğəmbərin” qəzəbindən qorxduğundan onun hər bir istəyinə əməl edib. Pullarını, hətta azyaşlı qızlarını belə ona ərə verməyə razı olublar. Şeyx Temur ifşa edildikdən sonra istintaqa cəlb edilən valideynlər, onun qarğışından qorxduqları üçün sözünü iki eləmədiklərini deyiblər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR