Prezident Mingəçevirdə məcburi köçkünlər üçün salınmış kompleksdə olub

88163Prezident İlham Əliyev Mingəçevirdə 594 məcburi köçkün ailəsi üçün yeni salınan yaşayış kompleksində yaradılan şəraitlə tanış olub. Lent.az-ın məlumatına görə, baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov dövlət başçısına yeni salınan yaşayış kompleksi barədə məlumat verib.

Qeyd edilib ki, yeni yaşayış kompleksinə Mingəçevir şəhərində yataqxanalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri köçürüləcək.

Dövlət başçısı 480 şagird yerlik məktəb binasında yaradılan şəraitlə tanış olub. Yeni yaşayış kompleksinin sxeminə və maketinə baxan prezident İlham Əliyevə məlumat verilib ki, 12 hektar sahəni əhatə edən bu məhəllədə 596 ev, məktəb, 140 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası tikilib.

Dövlət başçısı yaşayış kompleksinin uşaq bağçasında da oldu və burada yaradılan şəraitlə maraqlanıb. Qeyd olunub ki, uşaq bağçasında da yüksək şərait yaradılıb. Prezident İlham Əliyev mənzillərdə yaradılan şəraitlə də tanış olub.

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR