“Qarabağ”dan “Neftçi”yə müraciət

imagesAzərbaycan Premyer Liqasının 23-cü turunun sabah “Neftçi”yə qarşı keçiriləcək oyunu ilə əlaqədar “Qarabağ” paytaxt təmsilçisinə müraciət edib.
Bizimyol.info-un Ağdam klubunun saytına istinadən yaydığı xəbərə görə, müraciətdə deyilir:
“Premyer Liqanın XXIII turunda keçiriləcək “Neftçi”  – “Qarabağ”  oyununa  Əliyar Ağayev təyinat alıb.
Əliyar Ağayevin iki tur öncə idarə etdiyi  “Neftçi” – “Simurq” qarşılaşmasından sonra idarəçiliklə bağlı yaranmış narazılıq və bu gün “Neftçi” – “Qarabağ” görüşünün təyinatlarından sonra yaranmış ajiotajı nəzərə alaraq  “Neftçi” PFK-ya müraciət edirik:
“Neftçi” – “Qarabağ” matçına təyinatlar açıqlandıqdan sonra  Əliyar Ağayevlə bağlı yaranmış söz-söhbəti nəzərə alaraq  Əliyar Ağayevin istənilən hakimlə əvəz olunmasını təklif edirik”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR