Qızılın qiyməti 1 208 dollara düşüb

main_292 (2)Fevralın 17-də Amerika fond bazarında Dow Jones indeksində 0,16% artım müşahidə edilib və 18 047,58 bənd təşkil edib. S&P 500 0,16% artaraq 2 100,34 bənd, Nasdaq isə 0,11% artaraq 4 899,27 bənd olub.

“Report” xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,60% artaraq 6 898,13 bənd, Almaniya DAX-ı 0,25% ucuzlaşaraq 10 895,62 bənd, Fransa CAC-40-ı isə 0,04% artaraq 4 753,99 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 1,58% ucuzlaşaraq 1 208,30 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1415 (+0,1%) təşkil edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR