Rusiyaya qarşı yeni sanksiyalar qəbul olundu

Kanada-BayraqiKanada  Rusiya və Ukraynanın 37 vətəndaşına qarşı sanksiyalar tətbiq edib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Kanadanın baş naziri Stiven Xarperin saytında dərc olunmuş məlumatda bildirilir.

Bundan başqa, sanksiyalar  Rusiya və Ukraynanın 17 şirkətinə əhatə edəcək.

Məlumata görə, sanksiya siyahısına SSRİ xalq artisti İosif Kobzon, jurnalist Dmitri Kiselyov, Dövlət Dumasının deputatı Valeri Raşkin daxil edilib. “Qara siyahı”da həmçinin Rusiyanın müdafiə nazirinin müavini Anatoli Antonov və “Rostex” korporasiyasının baş direktoru Sergey Çemezov yer alıb. Rusiyanın “Rosneft” iri neft şirkətinə də sanksiyalar tətbiq ediləcək.

“Bizim mövqe konkret olaraq qalmaqdadır: Kanada Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir və heç vaxt bu ölkənin hər-hansı bölgəsinin işğalını qanuni saymayacaq”, deyə məlumatda bildirilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR