Türkiyədə 2 erməni həbs edildi, 3-ü isə axtarışa verildi

83411_res_01-300x225İstanbulun elit rayonlardan biri hesab edilən Sancaqtəpədə evlərin birindən oğurluq edən 5 ermənidən 2-si həbs edilib.

Aznnews.az xəbər verir ki, bu haqda məlumatı Türkiyənin “Haberler” saytı yayıb.

Məlumatda deyilir ki, ermənilər 50 min dollar oğurlamaqda ittiham edilir. Qrupa Eriknaz A. adlı erməni başçılıq edib. Onunla birgə Sergey T. adlı daha bir erməni də ələ keçirilib. Digər 3 erməninin axtarışı isə davam edir.

Ermənilərdən biri oğurluq edilən evdə işə düzəlib və sonradan ev sahibini soymaq qərarına gəlib. Onların oğurluq “fəaliyyəti” isə müşahidə kamerasına düşüb.

Həmin şəxslərin Ermənistan vətəndaşı olduğu deyilir.

Bu olayla bağlı digər məlumat verilmir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR