Ukrayna qoşunları Debaltsevonu tərk edirlər

cfba00518614ccbbd9d67618b1_31520453“Balqabaq karetaya çevrilmədi”.

Ukrayna qoşunlarının Debaltsevodan çəkilməsi planlı və mütəşəkkil qaydada həyata keçirilib, “Donbass” taborunun komandiri, Ukrayna Ali Radasının deputatı Semyon Semyonçenko Facebook-da yazıb.

“Loqvinovoya nəzarət barədə bütün nağıllar elə nağıl olaraq qaldı – balqabaq karetaya çevrilmədi. Deblatsevo – Artyomovsk yoluna biz məhz Loqvinovoya görə nəzarət etmirik. Digər yolları Milli Qvardiya, Donbass və Ukrayna ordusunun digər hissələri saxlayırlar, – deyə, o, qeyd edib.

Onun sözlərinə görə, “düşmən həmin yolları kəsməyə və qruplaşmanın mühasirədən çıxmasına mane olmağa çalışır”.

Bundan əvvəl bildirilir ki, fevralın 15-də barışıq əldə olunsa da, Debaltstevo ətrafında döyüşlər davam edir. Separatçılar iddia edirlər ki, şəhər Ukrayna ordusu tərəfindən mühasirəyə alınıb.

Debaltsevo Ukrayna hərbçiləri üçün strateji baxımdan əhəmiyyətli məntəqədir – o, Donetsk və Luqanskı birləşdirən M04 yolu üzərində yerləşir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR