Ukraynada döyüşlər yenidən başladı

mariopulDonetsk əyalətinin Mariupol şəhəri yaxınlığında yerləşən Şirokino kəndindən yenidən döyüşlər başlayıb

Avropa.info xəbər verir ki, Ukrayna ordusu və separatçılar arasında əsasən piyada döyüşü gedir.

Separatçılar artilleriya və minaatanlardan atəş açır. Yeni qüvvələr köməyə gəlir.
Bu haqda Donbas batalyonunun komandiri Semen Semençenko öz “Facebook” səhifəsində məlumat verib.
Bənzər vəziyyət Debalsevoya gedən yolda da müşahidə edilib. Separatçılar bu istiqamətdə zirehli texnika ilə hücuma keçiblər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR