Yaqub Mahmudov: ermənilər azərbaycanlılarla ləzgilərin arasını vura bilməyəcəklər

Фото008Ermənilər azərbaycanlılarla ləzgilərin arasını vurmaq cəhdlərini davam etdirirlər. Bu yaxınlarda Ermənistan saytlarından biri  – www.panorama.am və daha sonra bu ölkənin digər saytları  A.Bakıxanov adına AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Yaqub Mahmudovun dilindən bir “xəbər” yayıblar. Güya alim bildirib ki, “hesab edirəm ki, ləzgilər tərifə layiq deyil, çünki İkinci Dünya Müharibəsi zamanı ləzgilərdən bir çoxları faşistlərin tərəfinə keçiblər”. Sırtıq erməni saytı yazıb ki, Yaqub Mahmudovun bu fikirləri Azərbaycan informasiya agentliyi “APA”-ya verdiyi müsahibəsində səsləndirib.Qafqaz Xəbər Agentliyi  bildirir ki, bu çirkin təxribatla əlaqədar A.Bakıxanov adına AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov mətbuat üçün bəyanatla çıxış edib. Alimin sözlərinə görə,  “Təəsuflənirəm ki, Yerevan ölkəmizdə qarşıdurma meylləri yaratmaq strateji xəttini tutmuş Azərbaycana qarşı xüsusi təxribat mərkəzinə çevrilib. Yerevanda 2013-cü ilin 1-2 noyabr tarixində “Şirvan, Arran və Azərbaycan” konfransı keçirilib, və təəsüf ki, bəzi “sadvalçılar”, Azərbaycan daxilində nifaq səpmək üçün çalışan bəzi etnosların satqın nümayəndələri bu tədbirdə iştirak ediblər. Bu insanlar Azərbaycana qarşı, o cümlədən AMEA-nın Tarix İnstitutuna qarşı ağlasığmaz təxribatlarla məşğuldurlar. Cavabında demək istəyirəm ki, mən Azərbaycan əhalisinə 1001 güldən ibarət 1001 rayihəli, insanı bihuş edən, son dərəcə təravətli bir gül dəstəsinə kimi baxıram. O güllərdən təkcə biri ölkənini tarixi əks etdirə biməz. Azərbaycan xalqının formalaşmasında çox mühüm rol oynayan Azərbaycan türk etnosu ilə yanaşı Azərbaycanda yaşayan digər etnoslar – avarlar, ləzgilər, talışlar, tatlar, qrızlar, buduqlar və digərləri Azərbaycan xalqının şanlı tarixində şərəfli rol oynayıblar və həmişə ölkənin titullu millətinin yanında olublar. Bu etnosların əcdadları Azərbaycan müsəlmanlarına qarşı erməni cəlladlarının soyqırımına qarşı mübarizədə iştirak ediblər. Bir tarixçi olaraq çox yaxşı bilirəm ki, Qusar və Quba arasında yerləşən Digah kəndinin yaxınlığındakı “Qanlı dərə”də Amazaspın quldur dəstəsinin qabaqını məhz bizim ləzgi qardaşlarımız alıb, və ermənilərə divan tutublar. “Qanlı dərə” aydın sübut edir ki, erməni millətçiləri yalnız azərbaycanlılarin yox, həm də ləzgilərin və digər müsəlman xalqların düşmənidir. Həmçinin xatırladım ki, Hacı Zeynalabdin Tağıyevin fəal iştirakı ilə Dağıstanın xalq hərəkatının liderlərindən biri – imam Gaysinski 300-500 döyüşçüsü ilə Bakıdakı müsəlman qardaşlarına – Azərbaycan türklərinə, eləcə də ləzgilərə kömək üçün at çaparaq Biləcəriyə kimi gəlib çıxıb. Yeri gəlmişkən, Hacı Zeynalabdin Tağıyevin toxuculuq kombinatında çalışan bir çox ləzgi ermənilər tərəfindən öldürülüb. Ermənilər tatları da, tatarlarıda, avarları da, Lənkəran regionunda talışları da qətlə yetirirdilər,  cəlladlar öldürülən müsəlmanların pasportunu soruşmurdular, milli kimliyi ilə maraqlanmırdılar,  zira onlara sakinlərindən azad edilmiş torpaq  lazım idi.Ermənilərdən soruşuram: İrevan və ona bitişik ərazilərin əhalisinin 98% təşkil edən  azərbaycanlılar, eləcə də kürdlər nəcə oldular? Ermənistanı monoetnik ölkəyə çevirmisiniz. Biz ölkəmizin ayrı-ayrı regionlarında ermənilərin barbarlıq aktlarını ətraflı tədqiqat etmişik, onların cinayətlərini göstərmişik. Buna görə də öz cinayətlərini ört-basdır etmək üçün ermənilər hər zaman bir şey axtarırlar. Mən heç bir zaman böhtan erməni saytları yazdığı kimi sərsəm mövqedən  çıxış etməmişəm. Belə sərsəm mövqedən yalnız ermənilərin və onların əlaltıları  çıxış edə bilərlər. Biz, Azərbaycan müsəlman xalqları, bir yerdə olmalıyıq, Allahın dini islam həmişə Qafqaz xalqlarını birləşdirib. Biz həmişə birlikdə mübarizə aparmışıq, necə ki şeyx Şamilin dövründə. Biz ölkəmizin bütün regionlarında müvafiq elmi konfranslar keçirmişik, institutun Elmi Şurasının üzvlərini Qusarın özünda də, Həzrə kəndində də, Ənixdə də, Şahdağın ətəyində sevgi, məhhəbətlə qarşılayıblar. Balakəndə yaşayan avar qardaşlarımız da bizi çox xoş qarşılayıb. Ermənilər ucuz təxribatlarla azərbaycanlılarla ləzgilərin arasını vura bilməyəcəklər”.

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR