ABŞ bu savaşda Çinə uduzdu

87128Avropa ölkələri belə Amerika Biləşmiş Ştatlarına xəyanət edir

Çin ABŞ-la apardığı maliyyə müharibəsində qalib tərəf olub.ANS PRESS-in məlumatına görə, Çinə bu işdə məhz amerikalı tərəfdaşları kömək edib. Onun yeni silahı isə Asiya infrastruktur sərmayələri bankı (AİİB) olub.

AİİB-in köməyilə Pekin Vaşinqtonun nüfuzuna ciddi ziyan vurub. Bankın üzvlərinin sayı durmadan artır. Ən maraqlısı isə bu bankın üzvü olmaq istəyən ölkələrin ABŞ-ın yaxın tərəfdaşlarının olmasıdır.

Belə ki, AİİB-ə daxil olmaq niyyətini bildirən ölkələr arasında Almaniya, Fransa, İtaliya, Avstraliya, Yeni Zenlandiya və Kanada da var.

Hətta London da “böyük qardaşı”na xəyanət edərək Asiya infrastruktur sərmayələri bankına qoşulmaq istəyini bəyan edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR