ABŞ əhalisi: “Ən böyük düşmən Obamadır”

absada“Röyter” və “İpsos”un ABŞ-da keçirdiyi sorğunun nəticəsi hər kəsi təəccübləndirib

Axar.az Sputnik-ə istinadən xəbər verir ki, internet vasitəsilə keçirilən sorğu zamanı məlum olub ki, ölkə əhalisinin əksər hissəsi ABŞ üçün əsl təhlükəni kənarda yox, elə öz aralarında görür.
Ölkə, təşkilat və ya şəxslərin ABŞ üçün nə qədər böyük bir təhlükə yaratdığını qiymətləndirən və 1-5 arası bal verən 1059 Respublikaçı hazırki Prezident Barak Obamanı ən böyük düşmən hesab edir.
Respublikaçıların 34 faizi Obamanı, 25 faizi Putini, 23 faizi isə Bəşər Əsədi təhlükə olaraq qəbul edir.
Sorğuda iştirak edən 1083 Demokrat və 667 bitərəfin 58 faizi İŞİD-i, 43 faizi əl-Qaidəni, 39 faizi kiber hücumları, 34 faizi Şimali Koreya lideri Kim Çen İni, 27 faizi isə İranın ruhani lideri Ayətullah Əli Xameneyini ölkə üçün əsl təhlükə hesab edir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR