“Avtoş”lar niyə Nivalara üstünlük verirlər? – VİDEO

1426089795_620Son vaxtlar Bakıda adətən dağ rayonlarında işə yarayan Niva markalı avtomobillər peyda olub. Həm də xeyli sayda. Səbəbi bəllidir. “Avtoş”lar “07”dən düşüb “Niva”ya miniblər.

Bu dəfə avtomobil həvəskarlarının yeni həvəsindən danışırıq.Adətən həvəskarlar sovet istehsalı olan 06,07 markalı avtomobillərlə müxtəlif manevrlər etməyə üstünlük verirlər.Bu dəfə də görüntülərdə sovet avtomobilidi. amma marka fərqlidi Nivadı. Bəs görəsən həvəskarların nivaya bu qədər marağının olmasının səbəbi nədir?

Təhlükə onlar  üçün ikinci plandadır. Əsas adrenalin yaşamaq və özünü ətrafdakılara göstərməkdir. Nivalar  indi öz dilləri ilə desək “sürənlər” üçün yeni tapıntıdır. Sovet istehsalı olan bu avtomobillər əsasən  yüksək dağlıq rayonlarda, keçilməz yollarda sürücünü çətinlikdən xilas edə bilir. Bəs görəsən Nivanın çətin yollardan şəhərə düşüb məşhurluq qazanmasının sirri nədədir?

Nivaya həvəsi olanlar təkcə bu iki cavan deyil. Son vaxtlar sosial şəbəkələrin də Niva sürən ulduzları xeyli çoxalıb. Bu görüntülərdə bir neçə Niva markalı avtomobil idarə edən sürücü kobud qayda pozuntularına yol verməklə yanaşı əməllərini internətə yerləşdirib

Yol polisi də şəhərdə Niva avtomobillərinin  və bu avtomobillərlə törədilən qayda pozuntularının artdığnı deyir.

Qeyd edək ki, geridə qalan son iki ay ərzində Bakıda avtoxuliqanlıq etdiyinə görə 57 sürücü barəsində inzibati tədbir görülüb.

(atv.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR