Bakı Metropoliteni yeni stansiyaların istismara verilməsi tarixini açıqlayıb

metro23“Bənövşəyi xətt” 12 stansiyadan ibarət olacaq.

“Bakı Metropoliteni” QSC “bənövşəyi xətt”in ilk iki – “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyalarını 2015-ci ilin sonuna istismara verməyi planlaşdırır.

Qafqaznews.az xəbər verir ki, bunu Trend-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, hazırda lazımi avadanlığın quraşdırılması və stansiyaların abadlığı üzrə iş gedir: “Plana əsasən, stansiyalar bu ilin sonuna açılacaq”.

Qeyd edək ki, “bənövşəyi xətt” 12 stansiyadan ibarət olacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR