Bakı metrosunda yeni ticarət köşkləri quraşdırıldı

76787 (1)Xəbər verdiyimiz kimi, Bakı Metropoliteninin rəhbərliyi stansiyalrın ərazisində, yeraltı keçidlərdə sərnişinlərin hərəkətinə maneə törətməyən ticarət obyektlərinin fəaliyyətinə icazə verib

“Bakı Metropoliteni” QSC-dən Modern.az-a verilən məlumata görə, artıq yenicə təmir olunan “Nərimanov” metrostansiyasının keçidlərində təzə ticarət köçklərinin quraşdırılmasına başlanılıb.
Ardınca belə köşklərin “Gənclik”, “Koroğlu” və daha bir neçə stansiyada da quraşdırlması planlaşdırılır.
Əməkdaşımız “Nərimanov” stansiyasında quraşdırılan yeni ticarət köşkünü fotokameranın yaddaşına köçürüb. Şüşə konstruksiyalardan hazırlanan yeni köşklər quruluşca əvvəlkilərdən tamamilə fərqlənir.
“Bakı Metropoliteni” QSC-dən o da bildirilib ki, yeni köşlərin fəaliyyəti aşağıdakı istiqamətlərdə olacaq:
– apteklər şəbəkəsi;
– su, qəhvə satışı və s. xidmətləri yerinə yetirən çoxfunksiyalı aparatlar;
– kitab ticarəti şəbəkəsi;
– gül salonları şəbəkəsi.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR