Bakı-Sumqayıt yolunda dəhşətli qəza – «04» kül oldu – VİDEO

1426079322_0001Bu gün Bakı-Sumqayıt yolunun Ceyranbatan qəsəbəsi ərazindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Dia.az xəbər verir ki, hadisə şahidləri bu barədə Avtosfer.az-a məlumat verib.
Sumqayıt istiqamətində hərəkətdə olan «VAZ-2104» markalı avtomobil qəflətən geriyə dönmə əməliyyatı etmək istəyib.

Bu zaman arxadan «Ford-Transit» markalı yük avtomobili «04»ü ortadan vurub. Nəticədə «04» yerindəcə alışmağa başlayıb. Bir neçə dəqiqə ərzində avtomobil tam yanaraq yararsız vəziyyətə düşüb.

Əraziyə gələn yol polisi əməkdaşları yolda təhlükəsizliyi təmin ediblər. Qəza nəticəsində «04»ün sürücüsü ağır xəsarət alıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR