Bakının məşhur əyləncə mərkəzlərində müştəriləri soyurlar

Megafun_21121204Əyləncə mərkəzində əylənə bilməyən millət… Bu sahə ilə bağlı yaranmış durumu ifadə edəcək başqa söz tapa bilmədim.

Mövzuya xüsusilə bayram ərəfəsində toxunmaq ehtiyacı gördüm. Yorğun iş günlərindən sonra hamının istirahətə ehtiyacı var. Var, amma həmin əyləncə mərkəzlərində ürəyimiz istəyincə istirahət edə biləcəyikmi?!

Sözsüz ki, ölkəmiz günbəgün inkişaf edir, hər yer abadlaşır, yeni tikililər, göz oxşayan əyləncə mərkəzləri yaradılır. Bir əsrdən çox yaşı olan Dənizkənarı Milli Park da günü-gündən yeniləşir və inkişaf edir…

Bulvar ərazisində respublika və şəhər əhəmiyyətli sosial-mədəni tədbirlərin daha yüksək səviyyədə keçirilməsini təmin etmək üçün geniş imkanlar yaradılıb. Əhalinin istirahətinin təşkili, sağlamlığının möhkəmləndirilməsi, kütləvi bayram və şənliklərin, ədəbi-bədii proqramların, konsertlərin, musiqi və rəqs gecələrinin, beynəlxalq, respublika, şəhər və rayon səviyyəli sərgilərin, o cümlədən kütləvi idman tədbirlərinin keçirilməsi üçün gözəl şərait mövcuddur. Sözsüz ki, dövlət səviyyəsində keçirilməsi nəzərdə tutulan tədbirlər əsasən Milli Parkda reallaşdırılır.

Bunları dana bilmərik, amma..

Əmmasını bulvara, eyni zamanda əyləncə mərkəzlərinə ən azı bircə dəfə baş çəkərək “soyulan” vətəndaşlarımız daha yaxşı bilir.

Söhbət bulvarla yanaşı, “Park Bulvar”, “MetroPark”, “Meqafun”, “AygünCity”, “MeqaCity” kimi ölkədə brend adı alan əyləncə və ticarət mərkəzlərindən də gedir. Məsələ burasındadır ki, sözügedən məkanlarda müştərilərə təqdim edilən xidmətlərin qiymətləri həddindən artıq şişirdilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR