Baş Prokurorluğun idarə rəisinin müavini təqaüdə göndərilib

1427803583_0001Baş Prokurorluğun idarə rəisinin müavini təqaüdə göndərilib.

APA-nın məlumatına görə, bu barədə Baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini, baş ədliyyə müşaviri Elman Əliyev prokurorluq orqanlarında qulluqda olmanın yaş həddi ilə əlaqədar təqaüdə çıxıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR