Beyl Ronaldo və Messini geridə qoydu

img1778455Meksikanın “Paçuka” klubu FİFA-nın razılığı ilə ən sürətlə qaçan futbolçuların siyahısını tərtib edib.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə, siyahının ilk pilləsində Uels millisinin və “Real”ın oyunçusu Qaret Beyl (36,9 km/saat qərarlaşıb.
“Paçuka”nın üzvü Yurgen Damm ikinci,  “Mançester Yunayted”in futbolçusu Antonio Valensiya isə üçüncü olub.
2014-ci ilin ən yaxşı futbolçusu Kriştiano Ronaldo beşinci, Lionel Messi yeddinci pillədə qərarlaşıb.
Dünyada topla ən sürətlə qaçan on futbolçu aşağıda adları qeyd olunanlardır:
1. Qaret Beyl (“Real”) – 36,9 km/saat
2. Yurgen Damm (“Paçuka”) – 35,23 km/saat
3. Antonio Valensiya (“Mançester Yunayted” – 35,21 km/saat
4. Aaron Lennon (“Tottenhem”) – 33,8 km/saat
5. Kriştianu Ronaldo (“Real” Madrid) – 33,6 km/saat
6. Teo Uolkott (“Arsenal”) – 32,7 km/saat
7. Lionel Messi (“Barselona”) – 32,5 km/saat
8. Ueyn Runi (“Mançester Yunayted”) – 31,2 km/saat
9. Frank Riberi (“Bavariya”) – 30,7 km/saat
10. Serxio Ramos (“Real”) – 30,6 km/saat

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR