Çingiz Abdullayevlə bağlı yayılan xəbər yalan çıxdı

1427715328_0001“Yazıçı Çingiz Abdullayevin “Neftçi” klubuna prezident təyin olunması ilə bağlı xəbər yalandır”.

Bu sözləri “Neftçi” klubunun mətbuat xidmətinin katibi Gündüz Abbaszadə Axar.az-a açıqlamasında deyib:

“Çingiz Abdullayevin “Neftçi” klubuna prezident təyin olunması xəbəri doğru deyil. Biz də bu xəbəri mətbuatdan eşitmişik. Belə bir rəsmi təyinat yoxdur. Bu, yalnız mətbuatın yaydığı xəbərdir”.

Xatırladaq ki, “Neftçi” klubunun prezidenti Sadıq Sadıqov bu gün istefa verib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR