E-narkotik düzəltdilər

img1761176Hollandiya şirkəti narkotikə yaxın dadı və qoxusu olan elektrik narkotik hazırlayıb. “E-njoint” adı verilən narkotikin əzələləri yumşaltdığı, istifadəçisini rahatlaşdırdığı deyilir. Elektrikli narkotikin yaradıcısı e-siqaretin yaradıcısından ilham alaraq belə bir addım atdığını deyib. Şirkət təbii narkotikdən asılılığı azaltmaq üçün elektrikli narkotik hazırlayıb. “E-njoint”in hazırlanması üçün Avropa və Amerikadakı laboratoriyalarda bir çox işlər görülüb. Şirkətdən verilən məlumatlara görə, elektrikli narkotikin içərisinə əhvalı yaxşılaşdıran xüsusi maddə var. Mütəxəssislər elektrikli narkotikin təbii maddələrdən hazırlandığını və insan orqanizminə heç bir zərər verməyəcəyini deyirlər. Yeni elektrikli narkotik yaxın günlərdə satışa çıxarılacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR