Elza 100 mindən imtina etdi: “Bağışladım”

1426059027_0001Əməkdar artist Elza Seyidcahan küsülü olduğu “Bu şəhərdə”nin Heydər Əliyev Sarayında baş tutan “Göz-Əl” konsertinə yollanıb.

Axşam.az-ın əməkdaşı ilə söhbətində müğənni onu icazəsiz parodiya edən aktyorları məhkəməyə vermək fikrindən daşındığını deyib:
“Tamaşa başlamazdan əvvəl Rafael İsgəndərov mənə yaxınlaşdı, halallıq istədi. Söhbət etdik, barışdıq. Hamısını bağışladım. Onları məhkəməyə verəcəyimi deyəndən sonra çox insanlar zəng etdi, mesaj yazdı. Hamı aktyorları bağışlamağımı istədi. “Bu şəhərdə”ni xalq sevir. Hətta nə qədər insan mənə görə bilet alıb, tamaşaya gedib ki, həmin səhnəni görsün. Coşqunu da, Rafaeli də çox istəyirəm. Konsertə gedəndə maraqlı saç düzümü etmişdim, tac taxmışdım. Bütün diqqətlər üzərimdə idi. Bundan sonra parodiya etsələr də, heç nə deməyəcəm. Onların işi məşhurları yamsılamaqdır, nə etmək olar?”.
E.Seyidcahan “Bu şəhərdə” aktyorları ilə layihə hazırlayacağından da xəbər verib:
“Konsertləri başa çatsın, oturub danışacağıq. Maraqlı bir layihəm var. Orada Rafaellə Cosqunu da görmək istəyirəm”.

Qeyd edək ki, əməkdar artist “Bu şəhərdə”ni onu icazəsiz parodiya etdikləri üçün məhkəməyə verib, yüz min manat təzminat istəyəcəyini demişdi.

1426059043_01 1426059061_02

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR