Hafka problemlərindən danışdı – VİDEO

20150311-150855link“Bakı”nın prezidenti, məşhur iş adamı Hafiz Məmmədov yaşadığı problemlərlə bağlı açıqlama verib.

Klub rəhbəri bildirib ki, komandada çətinlikləri aradan qalxır:

“Bəzi çətinliklər oldu. İndi vəziyyət dəyişib. Artıq “Bakı”nın maddi problemi olmayacaq. Yeni mövsümdən fərqli komanda görəcəksiniz. Bizə borclu olan qurumlar vaxtında ödəmələr etsələr, bu məbləğlə çempionatı saxlamaq olar”.

Cənab Məmmədov, “Atletiko” və “Lans”a yenə də dəstək vermək istəyini açıqlayıb:

“Bu işi tək görmək çətindir. Məqsədimiz ölkəmizi dünyada ən yüksək səviyyədə təbliğ etməkdir. Çox istərdim ki, digər iş adamları da kömək etsin. Nəzərə almaq lazımdır ki, “Land of fire Azerbaijan” bir brenddir. Rəsmi məlumata görə, “Atletiko”nun ötən mövsüm oyunlarını 250 milyon azarkeş izləyib”.

Klub prezidenti, “Bakı” və Qolf Federasiyası arasında olan problemdən də danışıb:

“Mən burda olmayanda narahatlıq yaranıb və geri qayıdanda problem həll olunmuşdu. Hər kəs anlamalıdır ki, “Bakı” futbol klubunun bazasından tək biz faydalanmırıq. Stadionlar beynəlxalq yarışlar üçündür. Buna görə də kluba hər hansı problem yaratmaq Azərbaycan idmanına zərbədir. Məsləhətim odur ki, belə hallar bir daha təkrarlanmasın”. (Supersport.Az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR