İnşa etdiyi körpünün kanatı qopdu, mühəndis harakiri etdi

1427110799_0001Türkiyədə inşası davam edən körpünün kanatının qopmasından sonra mühəndis intihar edib.
ANS PRESS-in məlumatına görə, İzmitdə inşa edilən körfəz keçid asma körpüsünün “Catwalk” adlanan dəmir zənciri qopub.

Bu hadisədə özünü günahkar görən 51 yaşındakı yapon mühəndis Kişi Ryoiçi bilək və boğazını kəsib. Daha sonra Ryoiçi harakiri edərək intihar edib.

Yapon mühəndisin cəsədi Yalovanın Altınova bölgəsindəki qəbiristanlığın girişində aşkarlanıb. Kişi Ryoiçinin cəsədi bu səhər məktəbə gedən şagirdlər tərəfindən tapılıb. Yapon mühəndisin cəsədi tibbi ekspertizaya göndərilib.

Özünə qəsd edən yapon intihardan öncə bir məktub yazıb. Məktubda “kanatın qopması mənim günahımdır”, – deyə qeyd edilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR