“Kapital Bank”ın bəyanatı həqiqətə uyğun deyil?

123 copy2 mart tarixdə qafqaznews.org saytında Balakən sakini Ziyavəddin Mehdiyevin məktubu əsasında “Kapital Bank”ın rəhbərliyi cinayət məsuliyyətinə cəlb olunmalıdır..?” başlıqlı məqalə dərc olunmuşdu.
Balakən sakini yazırdı ki: “ 2010-cu ildə “Kapital Bank” ASC -nin Balakən filialına 40 min dollar pul qoydum. Aylıq faizləri götürmürdüm ki, qoy bank hesabımda yığılsın. 2014-cü ilin sentyabrında Balakən filialının direktoru Ruqiyyə Məmmədova və kassirlər Şəhmir Qurbanov, Səkinə Əmciyeva məni ofislərinə dəvət elədilər. Direktor və kassirlər xahiş elədilər ki, mənim hesabımdakı pulu onlara verim. Ruqiyyə Məmmədova dedi ki, bir aydan sonra pulunu qaytaracam. Onda mənim direktorla və kassirlərlə münasibətim əla idi, ona görə onlara inandım. Ruqiyyə Məmmədova mənə bildirdi ki, sənin hesabında 56 min dollar pul yığılıb. Mən etiraz elədim və bildirdim ki, mənim hesabımda 70 min dollar olmalıdır. Onda Ruqiyyə Məmmədova mənə dedi ki, narahat olma, bir aydan sonra sənin hesabında 70 min dollar olacaq. Mən razılaşdım”.

fggBir aydan sonra Mehdiyev filialın direktorundan soruşanda ki, pulu mənim bank hesabıma köçürüdünüzmü, direktor bildirib ki: “ Yox. Amma narahat olma, biz pulu qaytaracağıq. Ancaq hələlik kassir Şəhmirin evini sənə girov kimi veririk”.
Təkliflə razılaşmayan Ziyavəddin Mehdiyev “Kapital Bank”ASC -nin Mərkəzi ofisinə şikayət edib: “ Məni Mərkəzi ofisin hüquqşünası Qasımov dəvət elədi və xahiş elədi ki, Ruqiyyə Məmmədovanın hərəkətləri ilə bağlı prokurorluq orqanlarına şikayət eləmə. Bu bizim imicimizə zərbə olar. Biz sənin pulunu qaytaracağıq”.
Ziyavəddin Mehdiyev yenidən aldanır: “ Bundan sonra Ruqiyyə Məmmədovanı öz xahişi ilə işdən çıxardılar. Mənim pulumu isə heç kim qaytarmadı”.
Məqalə saytımızda dərc olunadan sonra 4 mart tarixində “Kapital Bank” bəyanatla çıxış edərək, Ziyavəddin Mehdiyevin dediklərinə mübasibət bildirdi.
Bankın mətbuat xidmətinin məlumatına görə, Mehdiyev 17 oktyabr 2014-cü ildə “Kapital Bank” ASC -nin saytına şikayət göndərib: “ Şikayəti araşdırmaq üçün 22 oktyabr 2014-cü il tarixdə Mehdiyev Mərkəzi ofisə dəvət edilib və onunla bankın səlahiyyətli nümayəndəsi söhbət edib.
Görüş zamanı Mehdiyev bildirib ki, bankdakı pulunu şəxsi münasibətləri zəminində müəyyən vaxt üçün Ruqiyyə Məmmədovaya və kassir Şəhmir Qurbanova verib. Şikayətçi bildirib ki, o, pulunu geri ala bilmədiyi üçün hüquq-mühafizə orqanlarına şikayət eləmək istəyir.
Bankın Komplayens Departamentinin araşdırmasından sonra məlum olub ki, Mehdiyev əvvəlcədən razılaşdırılmış vaxtda öz pulunu götürüb. Yəni onunla bank arasında olan müqavilə qüvvəsini itirib, yəni müştəri qarşısında heç bir hüquqi öhdəliyimiz yoxdur.
Bank Mehdiyevin öz vəsaitini istənilən şəxsə, o cümlədən bankın əməkdaşlarına verməsinə görə məsuliyyət daşımır.
2014-cü ilin sentyabr-oktyabr aylarında Balakən filialında aparılan yoxlamalar zamanı çatışmazlıqlar ortaya çıxıb.
Bununla bağlı filialın rəhbəri Məmmədova və kassir Qurbanov Əmək Məcəlləsinin 70-ci maddəsi ilə ( işçi öz əmək funksiyalarını yerinə yetirmədikdə və ya öhdəliklərini kobud pozduqda ) işdən azad olunublar.
Mehdiyevin özünün etiraf elədiyi kimi Baş ofisdə olanda ona məsləhət bilinib ki, hüquq-mühafizə orqanlarına müraciət egyləsin.
“Kapital Bank” öz açıqlamasında bəyan edir ki, zəruru sənədləri hüquq-mühafizə orqanlarına təqdim eləməyə hazırdır.
Filialın keçmiş direktoru Ruqiyyə Məmmədova qafqaznews.org-a açıqlamasında “Kapital Bank”ASC -nin dediklərini təkzib elədi: “ Mən öz xahişimlə işdən azad olunmuşam”.
Onu da qeyd edək ki, bankın açıqlamasında Mərkəzi ofisdə görüş zamanı Mehdiyevə hüquq-mühafizə orqanlarına müraciət etmək məsləhət görüldüyü qeyd olunsa da, o, qafqaznews.org-a bildirib ki, bankın hüquqşünası Qasımov məndən xahiş etdi ki, prokurorluq orqanlarına şikayət etmə, bu bankın imicinə böyük zərbə olar.

R.Həsənoğlu

Qafqaz Xəbər Agentliyi (qafqaznews.org)

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR