Laçının icra başçısı rayonun işğal gününü də korrupsiya ocağına çevirib-Fakt

20150304-004202linkLaçın rayon İcra Hakimiyyətinin  başçısı Akif Səlimov  rayonun işğal gününün qeyd edilməsi mərasimini korrupsiya ocağına çevirib. Rayonun  2014-cü il büdcəsində bu məqsədlə xeyli vəsait ayrılıb. Vəsait başçıya yaxın MMC-nin hesabına köçürülüb və mənimsənilib.  Məlumat istiqlal.az-a Laçındakı mənbələrdən daxil olub.

Məlumatı dəqiqləşdirmək Satınalmalar üzrə Dövlət Agentliyi rəsmi saytında  Laçın rayon İcra hakimiyyətinin sifarişlərinin siyahısını əldə etdik. Həqiqətən də 2014-cü ildə Laçın rayon İcra Hakimiyyəti “Laçın rayonunun 22-ci ildönümü ilə bağlı tədbirlərin keçirilməsi işlərinin satın alınması” üçün “Fərid MMC” ilə müqavilə imzalayıb. Müqavilənin ümümi məbləği 18 min 950 manatdır.

İstiqlal.az onu da xatırladır ki, işğal altında olan rayonların 2014-cü il üçün dövlət sifarişlərini da araşdırdıq. Laçın istisna olmaqla heç bir rayonda işğal günü ilə bağlı “bahalı tədbir” nəzərdə tutulmayıb.

İşğal günü tədbirləri ümimi yığıncaqdan və Şəhidlər Xiyabanını ziyarət etməkdən ibarət olur. Təbii ki, bu iki lokal tədbirə 18 min 950 manat büdcə vəsaitinin xərclənməsi ağlasığmazdır.

İstiqlal.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR