Malik Məmmədovu kommersant gözündə görənlər

1427781919_lenkaran (1)Lənkəran Regional Müalicə-Diaqnostika Mərkəzinin baş həkimi həkimliyi ilə tanınır, yoxsa?..

İndiyə baxmayın, bir zamanlar ölkədə dolanışıq çox çətin idi. Adamlar ehtiyacdan Rusiya bazarlarına qazanc dalınca üz tuturdular. Onların arasında həkimlər və müəllimlər az deyildi. Adları buralarda işdə ola-ola özləri burdan vurub Brestdən çıxırdılar.

Lənkəranda fəaliyyət göstərən Regional Müalicə-Diaqnostika Mərkəzinin baş həkimi Malik Məmmədov da o vaxtlar Astara mərkəzi xəstəxanasında formal çalışırdı. Sanki xalqın çörək dalınca Şimala üz tutduğunu görüb həvəsə gəldi. Rusiyanı şəhərbəşəhər gəzib dolaşdıqdan sonra Krasnoyarskbazarında qərar tutdu. İşləri yoluna qoyub Astaraya qayıdaraq həkimliyini davam etdirsə də, bazar “polka”sından əl çəkmədi. Bu məsuliyyətli işi çevrəsindəki etibar etdiyi şəxslərə həvalə edib qayıtdı vətənə. Bu biznes lap bu yaxınlara kimi baş həkim üçün pis gəlir gətirmirdi. Hətta baş həkimin Lənkərandakı Regional Mialicə-Diaqnostika Mərkəzinə transferində az-çox rol oynadı.Beləcə, hər şey sanki öz axarı ilə davam edirdi. Elə ki, rubl qiymətdən düşdü, deyilənə görə Malik həkim də qərara gəldi ki,biznesini Azərbaycana köçürsün. İndi Malik həkimin Astara və Lənkəran şəhərlərində gəlirli “obyektləri” az deyil. Həm də daha əziyyət çəkmir. Obyektlərindəki dövriyyə kapitalının hesabını sormaq üçün baş həkimin iş otağında tez-tez “konsiliumlar” təşkil etdiyi deyilir. Son zamanlar belə tədbirlərin sayı xeyli artıb da. Manatın dəyərdən düşməsi Baş həkimi yaman çətin duruma salıb. Malik həkimin kommersiya fəaliyyəti ilə məşğul olması öz-özlüyündə normal hesab edilə bilər. Ona görə ki, əvvəla Malik Məmmədov eşitdiyimizə görə çox alicənab və ciddi şəxsdir, bazar adamına oxşamır. Sadəcə, həkimliyə vaxt tapmır. Digər tərəfdən, manat ki dəyərini dollara güzəştə getdi, indi bunun heç bir əhəmiyyəti yoxdur. Siz  Malik həkimin professionallığından danışın, əgər belə yararlı olmasaydı, onu heç Lənkəran Regional Müalicə Diaqnostika Mərkəzinin baş həkimi vəzifəsinə irəli çəkərdilərmi? Düzdü,  əvvəllər Astara rayon mərkəzi xəstəxanasında baş həkim vəzifəsində çalışmış həkimin barəsində astaralılar hələ də razılıqla danışır. Baxmayaraq ki, həmin dövrlərdə müəmmalı ölüm halları və xəstəxananın təmiri adı ilə milyonlarla manat vəsaitin mənimsənilməsi barədə söz-söhbətlər dolaşırdı. Lakin Malik həkimin  səhiyyə naziri Oqtay Şirəliyevin birbaşa himayəsi sayəsində məsuliyyətdən yaxa qurtarması mümkün olmuşdu. Bildirildiyinə görə, məhz yeyinti barədə xəbərlərin rayon hüdudlarını aşaraq artıq ölkə paytaxtınacan yayıla biləcəyi qorxusu qarşısında Malik Məmmədov iş yerini dəyişmək məcburiyyətində qalmışdı. Hərçənd bu xəbərin də doğruluğuna şübhə ilə yanaşmağa əldə müəyyən əsaslar var. Əlbəttə bu barədə geniş araşdırma aparmağa ehtiyac da duymuruq, necə deyərlər, olan oldu, ciblər də ki, doldu getdi işinin dalınca. Malik Məmmədovun Lənkəran Regional Müalicə Diaqnostika Mərkəzinə ayrılmış vəsaitlərin xırım-xırda hissəsi də bəs edər ki, özəl kommersiyasına maddi dəstək tapa bilsin. Ona görə də məncə heç rəva deyil danışasan o kişinin dalınca. O ki qaldı həkimin rusiyadakı biznesini ölkəyə transfer etməsi məsələsinə, bax bunu nahaqdan danışırlar. Özü də elə bir vaxtda daışırlar ki, oliqarxlarımız varidatını xaricə daşımağa təyyarə icarəyə götürür. Bu adam neyləyib ki? Biznesini ölkəmizə gətirib, vəssalam. Eşitdiyimizə görə, Malik “doxdurun” qeybətini edənlər son zamanlar artıb. Rəhbərlik etdiyi 300 nəfərlik kollektivin bəzi narazıları işini-gücünü atıb baş həkimin kommersantlığından danışır. Bunlara deyəndə ki, niyə belə edirsiniz, cavab verirlər ki, kommersantlığı həkimliyindən daha qabarıq sezilir.gundelik-baku.com

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR