“McDonalds” restoran servisinə keçməyə cəhd edəcək

1Sifariş masaya çatdırılacaq.

Amerikanın “McDonalds” qida korporasiyası Almaniyada öz müəssisələrində restoran xidmət sxeminin tətbiqi üzrə eksperimentə başlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə Reuters bildirib.

Yeni layihə haqqında “McDonalds”ın icraçı direktoru Stiv İsterbruk (Steve Easterbrook), Frankfurt-na-Mayne aeroportundakı kafenin bərpadan sonrakı açılışında danışıb.

Xidmət sayəsində piştaxtasında və yaxud da əlində planşet kompüteri olan ofisianta müraciət edərək sifariş etmək mümkün olacaq. Sonra isə sifariş müştərinin olduğu masaya çatdırılacaq.

Bu eksperimental sxem gələcəkdə korporasiyanın işlədiyi digər dünya bazarlarına da şamil ediləcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR